İran İraqda PKK-nın mövqelərinə zərbə endirib
Region
- 09 sentyabr, 2021
- 12:30
İran İnqilab Keşikçiləri Qvardiyasının qırıcıları İraqın şimalında terrorçu PKK-nın mövqelərinə zərbə endirib.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyası yayıb.
Bildirilib ki, əməliyyatda “Şahed-129” pilotsuz uçuş aparatı da iştirak edib.
Məlumata görə, terrorçuların başçılarının toplanma və təlim mərkəzinə 7 raket atılıb: “Mərkəz dağıdılıb, onlarla terrorçu zərərsizləşdirilib və ya yaralanıb”.
Qeyd edək ki, bu günlərdə İran İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur rəsmi Bağdad və Ərbilə səslənərək İranın təhlükəsizliyini təhdid edən terrorçulara İraqda yer verməməyə çağırmışdı.
Son xəbərlər
20:22
Cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçirilib
Fərdi20:19
Əli Əsədov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumunu müzakirə edib
Xarici siyasət20:16
İtaliya XİN İranın Azərbaycana PUA hücumlarından narahatlığını ifadə edib
Xarici siyasət20:13
Hörmüz boğazında gəmi PUA ilə vurulub - YENİLƏNİB
Region20:13
Xorvatiya XİN: İranın Naxçıvana PUA hücumu qlobal təhlükəsizliyə təhdid yaradır
Xarici siyasət20:09
Tramp: ABŞ Yaxın Şərqdən minlərlə insanı təxliyə edir
Digər ölkələr20:08
Foto
Azərbaycan Moldova ilə perspektivli sahələrdə investisiya imkanlarını araşdıracaq
Biznes19:58
Sudan İranın Azərbaycan ərazisinə PUA hücumlarından narahatlığını bildirib
Xarici siyasət19:57