Dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars"a zərbə endirilib
Region
- 18 mart, 2026
- 15:55
İranın dövlət mediası Fars körfəzində yerləşən və hazırda dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars" qaz yatağının obyektlərinə hücum edildiyi barədə bildirib.
"Report" xəbər verir ki, zərbə cənubdakı Buşehr əyalətinin Asaluye rayonundakı obyektlərə endirilib.
Hücumun təfərrüatları hələ ki açıqlanmır.
Qeyd edək ki, İran Cənubi Pars yatağını Qətərlə birgə işləyir və əvvəllər də Yaxın Şərqdəki eskalasiya fonunda bura zərbələr zonasına düşmüşdü.
Bununla belə, hücumun arxasında konkret olaraq kimin - İsrailin, yoxsa ABŞ-nin dayandığı dəqiqləşdirilmir.
Bundan əvvəl ABŞ İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xark adasına zərbələr endirmişdi.
Son xəbərlər
21:06
Tramp: ABŞ Hörmüz boğazı yaxınlığında Amerika helikopterinə endirilən zərbəyə cavab verəcək
Digər ölkələr20:45
Bosniya və Herseqovina ukraynalı uşaqların qaytarılması üzrə koalisiyaya qoşulur
Digər ölkələr20:43
Sabunçudakı yanğın söndürülüb -YENİLƏNİB
Hadisə20:35
Video
Şahbuza diametri təxminən 1 santimetr olan dolu yağıb
Ekologiya20:29
Sabah Nəsimi, Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
Energetika20:23
Qəbələdə keçirilən oyunda Azərbaycan millisi Pakistan üzərində qələbə qazanıb
Futbol20:15
Qəribabadi: İrana qarşı hazırlanan qətnamə hərbi cinayətləri silmək cəhdidir
Region20:03
Foto
Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib
Elm və təhsil20:00