İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib
Region
- 30 iyun, 2016
- 05:29
Bakı. 30 iyun. REPORT.AZ/ İstanbulun bir sıra rayonlarında terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyat keçirilib.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
İnformasiyada bildirilib ki, xüsusi təyinatlı polis dəstəsi başçılıq etdiyi əməliyyat İstanbulun Pendik, Başakşəhir və Sultanbəyli rayonları başda olmaqla bir çox ünvanlarda keçirilib, axtarış aparılıb. Əməliyyat nəticəsində saxlanılanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, iyunun 28-də İstanbulda Atatürk hava limanında törədilən terror aktı nəticəsində 42 nəfər həyatını itirib, 250-yə yaxın insan yaralanıb.
Terroru törədən üç nəfərin Tacikistan vətəndaşı olduqları haqda məlumat da yayılıb.
Son xəbərlər
03:51
Tramp: İran saxlanılan ABŞ vətəndaşını azad edib
Digər ölkələr03:15
CBS: Pentaqonda Kubaya qarşı hərbi əməliyyat variantları nəzərdən keçirilir
Digər ölkələr02:33
Rusiyanın xarici dövlət borcu bir ayda 600 milyon dollardan çox artıb
Region02:15
ABŞ-nin İrana aviazərbələri nəticəsində bir gündə 35 nəfər ölüb
Region02:08
Tomas Tuxel: "Düşünmürəm ki, problem taktiki quruluşda idi"
Futbol02:02
Lionel Skaloni: "Futbolçularımızın nümayiş etdirdiyi xarakteri və oyunu sözlə ifadə etmək çətindir"
Futbol01:42
Vens İsraildə İranla münaqişənin uzanmasında maraqlı qüvvələrin olduğunu bildirib
Digər ölkələr01:18
Lionel Messi İngiltərə - Argentina matçının ən yaxşı oyunçusu olub
Futbol01:04