İsrail ordusu ilə toqquşmalarda 3 fələstinli ölüb, 50-si yaralanıb - YENİLƏNİB

Region
  • 03 may, 2019
  • 23:45
İsrail ordusu ilə toqquşmalarda 3 fələstinli ölüb, 50-si yaralanıb - YENİLƏNİB

Qəzza zolağında İsrail ordusu ilə toqquşmalar nəticəsində 3 fələstinli ölüb, daha 50-si yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidruya istinadən RİA "Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, zərərçəkmişlər İsrail əsgərləri ilə anklavın şərq sərhədlərində baş verən qarşıdurmalar zamanı yaralanıblar.


***21:42

İsrail qüvvələrinin cümə günü blokadada olan Qəzzanın mərkəzi rayonuna endirdiyi hava zərbələri nəticəsində iki fələstinli həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən AFP məlumat yayıb.

Onun sözlərinə görə, havadan zərbə pilotsuz uçan aparatlarla HƏMAS hərəkatının mövqelərinə endirilib. Hərəkatın daha 3 tərəfdarı yaralanıb.