İran generalı: "ABŞ Əfqanıstanda İŞİD-ə dəstək verir"
Region
- 19 yanvar, 2019
- 22:38
Bakı. 19 yanvar. REPORT.AZ/ İran ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri briqada generalı Əhməd Rıza Purdastan bildirib ki, Əfqanıstanda minlərlə İŞİD yaraqlısı ABŞ və bölgə dövlətlərindən dəstək alır.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Fars News" nəşri məlumat yayıb.
"Əfqanıstan ərazisində böyük sayda, təqribən yeddi min İŞİD yaraqlısı var, onlara silah tədarükünü Səudiyyə Ərəbistanı, BƏƏ maliyyələşdirir, amerikalılar isə onlardan (terrorçulardan) İran, Rusiya və Çinə təzyiq vasitəsi kimi istifadə edirlər", - deyə Purdastan bildirib.
O qeyd edib ki, ölkənin kəşfiyyat xidmətlərinin səmərəli işi sayəsində İran terrorçuların dəqiq harada olduqlarından məlumatlıdır.
Son xəbərlər
11:58
Foto
Bakıda Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə anım tədbiri keçirilib
Xarici siyasət11:57
Foto
Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub
Xarici siyasət11:51
Foto
Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
Xarici siyasət11:49
Rusiyanın endirdiyi zərbələr nəticəsində Sumı vilayətində 3 nəfər ölüb, 7 nəfər yaralanıb
Region11:47
Vəli Qasımov: "İngiltərə millisi dünya çempionatının növbəti finalçısı olacaq"
Futbol11:45
Nazir müavini: "Yaxın günlərdə təhsil sənədləri "myGov" portalında olacaq"
İKT11:44
Gürcüstanda narkotiklə bağlı əməliyyatda 121 nəfər saxlanılıb
Region11:44
Daniel Ondruş: "Slovakiya şirkətlərinin Azərbaycanla layihələrə marağı artır"
Xarici siyasət11:44