Hava məkanının bağlı olması səbəbindən Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib
Region
- 11 dekabr, 2025
- 11:03
Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi hava məkanının bağlı olması səbəbindən Moskvada eniş edə bilməyib və ehtiyat aerodroma yola düşüb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Paşinyanın təyyarəsi təxminən bir saat Tver vilayəti üzərində dövrə vuraraq eniş üçün icazə gözləsə də, bu, mümkün olmayıb. Nəticədə Pulkovo aeroportuna göndərilən təyyarə gecə saat bir radələrində orada eniş edib.
Ermənistanın Baş naziri Almaniyaya səfərindən sonra Moskvaya yollanıb. Rusiya paytaxtında o, Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Ukrayna dronlarının gecə Moskvaya hücumu ilə əlaqədar paytaxt hava limanlarında 170-dən çox reys gecikib.
Son xəbərlər
18:28
Xüsusi nümayəndə: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib
Energetika18:26
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"u məğlub edib
Futbol18:15
Elçin Əmirbəyov: Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir
Xarici siyasət18:04
Ötən gün dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb
Hadisə18:04
Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib
Region17:57
Moskva ətrafında aerodromda təyyarə qəzaya uğrayıb
Region17:56
Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Biznes17:55
Kamboca ilə sərhəddə 14 tailandlı hərbçi ölüb
Digər ölkələr17:53