Gürcüstanın müxalif partiya sədri azadlığa buraxıla bilər
Region
- 25 fevral, 2021
- 14:36

Gürcüstanın Baş Prokurorluğu müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya ilə bağlı həbs qətimkan tədbirinin girovla əvəzlənməsi üçün Tbilisi Şəhər Məhkəməsinə müraciət etməyə hazırdır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə prokuror Amiran Quluaşvili keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bunun üçün müdafiə tərəfi 3 noyabr 2020-ci il tarixli məhkəmə qərarı ilə təyin edilmiş girov şərtlərini yerinə yetirməlidir.
Qeyd edək ki, fevralın 23-də VMHP sədrinin həbsindən sonra qonşu ölkədə siyasi böhran yaranıb. N.Meliyanın ödəməli olduğu girovun məbləği 70 min lari təşkil edir.
Son xəbərlər
15:45
"Qarabağ"ın rəqibi futbolçusu ilə yolları ayırıb
Futbol15:33
Belarus Polşaya nota verib
Digər ölkələr15:29
Azərbaycan millisinin sabiq futbolçusunun yeni iş yeri müəyyənləşib
Futbol15:19
Paytaxtın iki ünvanında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
İnfrastruktur15:15
BTQ Yeni Kaledoniyadakı iğtişaşlar zamanı kanak əsilli məhkumun qətlini pisləyib
Xarici siyasət15:14
KİV: Britaniyanın Baş nazirinin müavini vergi qalmaqalı səbəbindən istefa verib
Digər ölkələr15:14
Bahar Muradova Şamaxıda vətəndaş qəbulu keçirəcək
Daxili siyasət15:13
"Quba" yeni basketbolçu ilə anlaşıb
Komanda15:08