Gürcüstanın bir neçə kəndində quduzluq yayılıb
Region
- 08 fevral, 2021
- 16:15
Gürcüstanın Acarıstan bölgəsinin Kobuleti rayonunun iki kəndində quduzluq halları aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu səbəbdən Tsxrafona və Tsavroka kəndlərində ikiaylıq karantin elan olunub.
Kəndlərdə ev heyvanlarının hərəkəti, həmçinin ət və süd məhsullarının satışı qadağan edilib. Kobuleti meriyasının məlumatına əsasən, hər iki kənddə ev heyvanlarının məcburi vaksinasiyasına başlanılacaq.
İnfeksiya mənbəyinin çaqqal olduğu bildirilib.
Qeyd edək ki, Kobuletinin Cixancuri kəndində bir neçə gün bundan öncə quduzluq faktı qeydə alınıb. İnfeksiya daşıyıcısı olan çaqqalın dişləməsi səbəbindən üç inək tələf olub. Kənddə ikiaylıq karantin rejimi davam edir.
Son xəbərlər
02:33
Meksika Venesuelaya humanitar yardımla dolu iki gəmi göndərib
Digər ölkələr02:30
Erlinq Holann Braziliya - Norveç matçının ən yaxşı oyunçusu adına layiq görülüb
Futbol02:26
Neymar dünya çempionatlarında oyun sayına görə Peleni geridə qoyub
Futbol02:22
Qana millisi baş məşqçisi Karluş Keyruşla vidalaşıb
Futbol02:06
Foto
Şərurda bir ailənin 3 üzvü yol qəzasında ölüb
Hadisə02:04
Norveçə məğlub olan Braziliya DÇ-2026 ilə vidalaşıb- YENİLƏNİB-5
Futbol02:02
Tramp NATO sammitində bir daha müttəfiqləri müdafiə xərclərini artırmağa çağıracaq
Digər ölkələr01:41
"Reuters": Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmaq niyyətindədir
Digər ölkələr01:18
Foto