Gürcüstanda yerli seçkilərdə "Gürcü arzusu" Partiyası liderliyini qoruyur - YENİLƏNİB
- 04 oktyabr, 2025
- 22:42
Gürcüstan üzrə keçirilən yerli seçkilərdə "Gürcü arzusu" partiyası qalib gəlir.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumat yayıb.
Ölkə üzrə 3 061 seçki məntəqəsindən 2 233-nün nəticələri hesablanıb ki, bu da bülletenlərin 72,95 %-ni təşkil edir.
İlkin nəticələr göstərir ki, ölkə üzrə səs payı belədir: "Vətən, Dil, Din" – 4 203 səs (0,372 %), "Gürcüstan üçün Mühafizəkarlar" – 31 306 səs (2,768 %), "Bizim Vahid Gürcüstanımız" – 4 697 səs (0,415 %), "Azad Gürcüstan – 3 689 səs (0,326 %), "Gürcüstan Vətənpərvərlər Alyansı" – 9 579 səs (0, 847 %), "Güclü Gürcüstan" – Lelo – 76 690 səs (6,782 %), "Gürcüstan" – 1 720 səs (0,152 %), Yaşıllar Partiyası – 1 906 səs (0,169 %), "Xalq hökuməti" – 2 692 səs (0,238 %), "Gürcüstana Sevin" – 43 647 səs (3,86 %), "Qırçı" – 37 348 səs (3,303 %), "Gürcü Arzusu" – 913 320 səs (80,768%).
Tbilisidə isə proporsional seçkilərin nəticələrinə görə, "Gürcü Arzusu" 70,15 % səs toplayaraq liderdir.
Digər partiyaların səs payı aşağıdakı kimidir: "Vətən, Dil, Din" – 3 020 səs (1,019 %), "Gürcüstan üçün Mühafizəkarlar" – 12 811 səs (4,321 %), "Azad Gürcüstan" – 2 647 səs (0,893 %), "Gürcüstan Vətənpərvərlər Alyansı" – 3 151 səs (1,063 %), "Güclü Gürcüstan" – Lelo – 29 807 səs (10,054 %), "Gürcüstana Sevin" – 9 483 səs (3,199 %), "Qırçı" – 22 230 səs (7,498 %), "Gürcü Arzusu" – 207 985 səs (70,155 %).
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər başa çatıb.
"Report" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, saat 17:00-a seçici fəallığı 33,5% təşkil edib.
Məntəqələrin bağlanmasından sonra məntəqə seçki komissiyalarının rəhbərləri MSK-ya yekun protokolları göndərəcəklər, bundan sonra seçki komissiyası ilkin məlumatları açıqlayacaq. Yaxın saatlarda exi-polların nəticələrinin açıqlanması gözlənilir.
Gürcüstan sakinləri ölkənin 64 bələdiyyəsində, o cümlədən Tbilisidə merləri və qanunverici məclisə üzvlər seçirlər. Gürcüstanda 3,5 milyondan çox vətəndaş səsvermə hüququna malikdir. Ümumilikdə 3 061 məntəqə açılıb.
Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, səsvermə saat 08:00-da başlayıb və 20:00-da başa çatacaq.
Ölkə üzrə ümumilikdə 3061 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi qaydada təşkil olunub. Bundan əlavə, cəzaçəkmə müəssisələrində də 10 seçki məntəqəsi açılıb.
Seçicilərin ümumi sayı 3 513 818 nəfərdir. Onlardan 3 130 348 nəfər elektron texnologiyalardan istifadə edəcək. Təxminən 47 min gənc ilk dəfə səsvermədə iştirak edəcək. 60 754 seçici isə daşınan qutular vasitəsilə səsvermə üçün müraciət edib.
Seçkilərdə 12 siyasi partiya iştirak edir. Onların sırasında "Vətən, Dil, İnam", "Mühafizəkarlar Gürcüstan üçün", "Bizim Vahid Gürcüstanımız", "Azad Gürcüstan", "Patriotlar Alyansı", "Güclü Gürcüstan – Lelo", "Gürcüstan", "Yaşıl Partiya", "Xalq hökuməti", "Gürcüstan üçün Qaxariya", "Qırçı" və hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyası var.
Tbilisi merliyi uğrunda isə 9 namizəd mübarizə aparır. Qaydalara əsasən, qalib gəlmək üçün namizəd səslərin 50 faizindən çoxunu toplamalıdır. Əks halda, birinci və ikinci yerləri tutan namizədlər arasında ikinci tur keçiriləcək.
Ümumilikdə isə ölkənin 63 bələdiyyəsində 112 merliyə namizəd qeydə alınıb. Majoritar dairələr üzrə isə 2 228 namizəd yarışır, onlardan 32-si təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Seçki prosesini 28 beynəlxalq, 27 yerli təşkilat, həmçinin 73 KİV-dən minə yaxın jurnalist izləyir.