Gürcüstanda Qarabağ müharibəsi şəhidinin adına bulaq açılıb
Region
- 07 mart, 2021
- 07:37
Azərbaycanın Vətən müharibəsinin şəhidi Bilal Qənbərovun xatirəsi Gürcüstanın Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində əbədiləşdirilib. “Report”un yerli bürosu xəbər verir ki, Naxiduri sakinlərinin öz hesabına kənddə bulaq tikilib. Bulağın açılış mərasimində şəhidin yaxınları, kənd ziyalıları və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları iştirak ediblər. Gələcəkdə bulaq ətrafında parkın salınması planlaşdırılır. Qeyd edək ki, 1993-cü il təvəllüdlü B.Qənbərov 44 günlük müharibə zamanı noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Son xəbərlər
01:45
Haitidə basabas nəticəsində 25 nəfər ölüb
Digər ölkələr01:32
Qalibaf ABŞ və Avropanı benzinin bahalaşması ilə hədələyib
Region01:01
DMM: Sosial mediada Ərdoğanın adından yayılan ifadələr yalandır
Region00:52
İnfantino İranla ABŞ-nin "DÇ-2026 problemi"ni çözməyə çalışır
Digər ölkələr00:36
Netanyahu "Mossad"ın yeni rəhbərini təsdiqləyib
Digər ölkələr23:55
Demokratlar zorakılıq qalmaqalı fonunda ermənipərəst Suolvelli istefaya çağırıblar
Digər ölkələr23:49
Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib
Digər ölkələr23:30
KİV: Böyük Britaniya ABŞ-nin Hörmüz boğazındakı missiyasına qoşulmayacaq
Digər ölkələr23:19