Gürcüstanda Moskva küçəsinin adı dəyişdirilib
Region
- 25 fevral, 2021
- 10:52
Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə yerləşən Moskva küçəsinin adı dəyişdirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bundan sonra küçə “Şindisi qəhrəmanları” adlanacaq.
Kutaisi Şəhər Şurasının qərarına əsasən, bu gün küçədə ilk ünvan lövhəsi quraşdırılıb.
Şindisi Gürcüstanın Qori rayonunda yerləşən kənddir. 2008-ci ilin avqust müharibəsində kənddə gedən ağır döyüşlər zamanı 17 gürcü hərbçi şəhid olub.
Qeyd edək ki, 2017-ci ildən ictimai fəallar və müxalifətçilər Tbilisidə Moskva prospektinin adının dəyişdirilməsini tələb edirlər. Bununla bağlı hətta imzatoplama kampaniyası da aparılıb. Lakin bu günə qədər prospektin adı dəyişməz olaraq qalır.
Son xəbərlər
17:14
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə17:02
ABŞ-nin Vitse-prezidenti: İranın nüvə proqramı başa çatır, Hörmüz boğazı açılır
Digər ölkələr16:58
Pakistanın xarici işlər naziri ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqlayıb
Region16:54
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi16:48
Rusiyada meşə təsərrüfatı işləri aparan helikopterlə əlaqə kəsilib
Region16:20
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
Region16:11
Norveç vətəndaşlığını almaq çətinləşdirilir
Digər ölkələr16:07
ABŞ-İran danışıqları başlayıb – YENİLƏNİB
Digər ölkələr16:00