Gürcüstanda kütləvi vaksinasiyaya başlanılıb
Region
- 05 iyul, 2021
- 05:35
Bu gündən Gürcüstanda əhalinin koronavirus əleyhinə kütləvi peyvəndlənməsi prosesinə start verilib.
“Report”un yerli bürosu xəbər verir ki, prosesə 350-yə yaxın tibbi briqada cəlb olunub.
Gün ərzində 20 mindən 30 minədək insana vaksin vurulması nəzərdə tutulub. İlin sonuna qədər kollektiv immunitetə nail olmaq üçün yetkinlik yaşına çatmış əhalinin 60 %-nin peyvəndlənməsi planlaşdırılır.
Qonşu ölkə kütləvi vaksinasiyada tətbiq olunacaq milyon dozadan ibarət “Sinopharm” və “Sinovac” preparatlarını iyulun 2-də tədarük edib. Prosesdə Avstriyanın bağışladığı və ötən gecə Tbilisiyə çatdırılan 5 min doza “AstraZeneca” peyvəndindən də istifadə olunacaq.
Son xəbərlər
09:30
Azərbaycan millisi Avropa Liqasında İspaniya ilə qarşılaşacaq
Komanda09:27
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Digər ölkələr09:07
Kastamonuda qida fabrikinə silahlı hücum olub, ölən var
Region09:06
DÇ-2026: Avstraliya - Türkiyə oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Futbol08:50
Nikkei: Yaponiya Qrenlandiyaya nümayəndə heyəti göndərəcək
Digər ölkələr08:48
Foto
Ağdamda mağazaya düşən ildırım yanğına səbəb olub
Hadisə08:29
Vinisius Ronaldinyonun nailiyyətini təkrarlayıb
Futbol08:22
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
Futbol08:11