Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağaldı
Region
- 14 mart, 2020
- 07:10
Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu 50 yaşlı azərbaycanlı sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.
Onun sözlərinə görə, pasiyent 24 saat ərzində həkim nəzarətində saxlanılacaq və təkrar analizdən sonra evə buraxılacaq.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Virus bir həftə İranda olandan sonra Azərbaycan vasitəsilə Gürcüstana qayıdan şəxsdə aşkarlanıb.
Bu günə qədər Gürcüstanda koronavirus diaqnozu 25 şəxsə qoyulub. Karantində 314, stasionar nəzarətdə isə 63 nəfər saxlanılır.
Son xəbərlər
16:03
Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib
Mədəniyyət siyasəti16:03
Fransada büdcə kəsiri 6 %-dən çox artıb
Maliyyə15:56
UEFA avrokubokların əsas mərhələsində sarı vərəqə limitini artırıb
Futbol15:50
"Gəncə" basketbol klubu Əlibəy Məmmədli ilə razılıq əldə edib
Komanda15:49
Ukrayna Zaporojye vilayətinin ilhaq edilmiş hissəsində iki körpünü məhv edib
Digər ölkələr15:47
Azərbaycan I Liqasının 2026/2027 mövsümünün püşkü atılıb
Futbol15:44
Entoni Teylor Türkiyə Futbol Federasiyasında Elit Hakimlər üzrə Direktor vəzifəsinə gətirilib
Futbol15:39
Dövlət Komitəsi Laçın sakininin Xocalıya köçməklə bağlı iddialarına aydınlıq gətirib
Daxili siyasət15:25