Gürcüstanda iki soydaşımız bədbəxt hadisənin qurbanı olub
Region
- 31 iyul, 2022
- 08:46
Gürcüstanın soydaşlarımızın sıx yaşadığı Marneuli rayonunda bədbəxt hadisə baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, Sulxan Saba küçəsində yaşayan Zaur Rüstəmova məxsus evin həyətində baş verib. Belə ki, ev sahibinin kanalizasiya quyusunun təmizlənməsi üçün çağırdığı fəhlə quyuya enəndən sonra onun halı qəflətən pisləşib. Z.Rüstəmov ona kömək etmək üçün quyuya enib. Lakin bu zaman Z.Rüstəmovun da halı pisləşib, huşsuz vəziyyətə düşüb. Nəticədə hər ikisi quyudan çıxa bilməyib.
Xilasedicilər və təcili tibbi yardım briqadası gələnə kimi vəziyyətləri daha da ağırlaşan hər iki soydaşımız ölü halda aşkarlanıb.
Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.
Son xəbərlər
09:08
Lənkəranda ev yanıb, bir nəfər ölüb
Hadisə09:08
"Karvan-Yevlax"dan ayrılan futbolçu I Liqa klubuna keçib
Futbol09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.02.2026)
Maliyyə09:02
"Arsenal"ın futbolçusu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq
Futbol09:01
Foto
İlham Əliyev: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!
Daxili siyasət09:00
Foto
Mehriban Əliyeva: Əminəm ki, Azərbaycan gəncləri ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər
Daxili siyasət09:00
Çində narkotik qaçaqmalçılığı və adam oğurluğunda təqsirli bilinən dörd nəfər edam edilib
Digər ölkələr08:37
Ərdoğan nazirlərlə İran-ABŞ gərginliyini müzakirə edəcək
Region08:31