Gürcüstanda dövlət çevrilişi cəhdi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək

Region
  • 10 oktyabr, 2025
  • 13:18
Gürcüstanda dövlət çevrilişi cəhdi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək
Şalva Papuaşvili

"Milli Hərəkat"ın konstitusiyaya zidd fəaliyyəti ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, oktyabrın 4-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdi "Milli Hərəkat" partiyasının antikonstitusiya fəaliyyətini təsdiqləyən əlavə sübutdur.

"Yaxın vaxtlarda Konstitusiya Məhkəməsinə müraciət ediləcək və partiyanın konstitusiyaya zidd elan olunması üçün tutarlı arqumentlər təqdim olunacaq.

4 oktyabr uğursuz dövlət çevrilişi cəhdi göstərdi ki, "Milli Hərəkat" Gürcüstan demokratiyasına və dövlətinə zərbə vuran ekstremist partiyadır. Xarici müşahidəçilər də bu aksiyalarda onların iştirakını təsdiqləyib. İndi yaxın vaxtlarda Konstitusiya Məhkəməsinə şikayət edəcəyik və partiyanın konstitusiyaya zidd olduğunu sübut edən arqumentlərimiz var", - deyə Papuaşvili qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti