Gürcüstan parlamentinin müxalifət tərəfindən vitse-spikeri məlum olub

Region
  • 13 dekabr, 2024
  • 13:59
Gürcüstan parlamentinin müxalifət tərəfindən vitse-spikeri məlum olub

Gürcüstan parlamentinin müxalifət tərəfindən seçilmiş vitse-spikeri “Xalqın Gücü” partiyasının deputatı Sozar Subari olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə parlamentin bugünkü iclasında qərar verilib.

Qeyd edək ki, 26 oktyabr seçkiləri nəticəsində parlamentə daxil olan dörd müxalifət partiyası və koalisiyalar seçki nəticələrini tanımır və qanunverici orqana daxil olmaqdan imtina edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti