Gürcüstan MSK: EPDE-nin bəyanatı əsassız ittihamların təkrar tirajlanmasıdır

Region
  • 21 oktyabr, 2025
  • 10:56
Gürcüstan MSK: EPDE-nin bəyanatı əsassız ittihamların təkrar tirajlanmasıdır

Avropa Demokratik Seçkilər Platformasının (EPDE) son bəyanatı əsassız və seçki prosesinə zərbə vurmaq məqsədi güdür.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) bəyanatında qeyd olunub

Bildirilib ki, EPDE-nin təkrarlanan ittihamları təşkilatın obyektivliyinə dair suallar doğurur.

Komissiyanın açıqlamasına görə, EPDE-nin MSK-ya ünvanladığı müraciətlər seçki administrasiyasının səlahiyyətlərini şübhə altına qoyur. MSK vurğulayır ki, seçki müşahidəçilərinin qeydiyyatı meyarları və onların hüquqları açıq şəkildə müəyyən edilib və bu məlumatlar komissiyanın rəsmi saytında yerləşdirilib.

MSK EPDE-nin "saxta müşahidəçilər" siyahısını da tənqid edib və həmin siyahıda yer alan şəxslərin bəzilərinin yalnız peşəkar, texniki qiymətləndirmə apardığını, digərlərinin isə missiya çərçivəsində heç bir qiymətləndirmə aparmadığını bildirib.

Açıqlamada qeyd olunur ki, beynəlxalq təcrübədə digər ölkələrin seçki administrasiyalarının qarşılıqlı şəkildə müşahidə missiyalarını göndərməsi adi haldır və ötən il EPDE özü belə bir müşahidə missiyasının iştirakı ilə bağlı heç bir etiraz etməyib. MSK EPDE-dən niyə indi bu məsələnin problemə çevrildiyini izah etməyi tələb edir.

Komissiyadan vurğulanıb ki, 4 oktyabr seçkiləri həm yerli, həm də beynəlxalq müşahidə təşkilatları tərəfindən izlənilib və seçkilərin nəticələri siyasi partiyalar tərəfindən tanınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti