Tbilisidəki iğtişaşlarla bağlı 22 nəfər saxlanılıb

Region
  • 07 oktyabr, 2025
  • 23:49
Tbilisidəki iğtişaşlarla bağlı 22 nəfər saxlanılıb

Gürcüstanda 4 oktyabrda Tbilisidə baş verən iğtişaşlarla əlaqədar 22 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

Onun sözlərinə görə, şəxsiyyəti müəyyən olunan daha üç nəfərin axtarışı davam edir.

"Tbilisidə baş verən qanunsuz hadisələrlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 4 maddəsi üzrə istintaq aparılır. Hazırda iş üzrə kompleks istintaq hərəkətləri davam edir", - o deyib.

Daha əvvəl iğtişaşlarda iştirak edən 13 nəfərin saxlanıldığı bildirilib.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstan paytaxtında bələdiyyə seçkiləri günü müxalifətin mitinqi keçirilib. Təşkilatçıların aqressiv çağırışlarından sonra aksiya iğtişaşlara çevrilib, nəticədə onlarla polis əməkdaşı xəsarət alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti