Gürcüstan DİN-ə yeni rəhbər təyin edilib
Region
- 26 yanvar, 2015
- 11:01
Bakı. 26 yanvar. REPORT.AZ/ Gürcüstanın baş naziri İraklı Qaribaşvili Vaxtanq Qomelaurini daxili işlər naziri vəzifəsinə təyin edib.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, yeni nazir hökumətə bu gün təqdim olunub.
Qeyd edək ki, V.Qomelauri 1975-ci ildə anadan olub. 2001-ci ildə Gürcüstan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2013-cü ilədək Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvilinin mühafizə xidmətinin başçısı olub. Yanvarın 23-də keçmiş daxili işlər naziri Aleksandr Çikaidze istefa verdikdən sonra onun səlahiyyətlərini icra edib.
İki övlad atasıdır, gürcü, ingilis və rus dillərini bilir.
Son xəbərlər
21:36
Azərbaycanlı idmançı beynəlxalq triatlon yarışında qızıl medal qazanıb
Fərdi21:22
Xamenei: "Hizbullah"ın müdafiəsi İranın strateji siyasətidir
Region21:07
Xətibzadə: ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb
Region20:51
Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur
Digər ölkələr20:35
Norris "Formula 1" üzrə Macarıstan Qran-prisində qələbə qazanıb
Formula 120:17
Əraqçi: Zelenski İran gəmisinə hücum edərək dənizçini öldürüb
Region20:00
Malatyada toy karvanında qəza baş verib
Region19:44
Hakan Fidan Al Tani və Asim Munirlə ABŞ-İran danışıqlarını müzakirə edib
Region19:29