Gürcüstan “AstraZeneca” vaksininin növbəti partiyasını alıb
Region
- 06 may, 2021
- 05:30
Gürcüstan koronavirusa qarşı “AstraZeneca” peyvəndinin 43 min dozadan ibarət növbəti partiyasını tədarük edib.
“Report”un yerli bürosu xəbər verir ki, preparat bu vaksinin ilk dozasını vurduranlar üçün nəzərdə tutulub.
Gürcüstanda artıq 25 mindən çox şəxs “AstraZeneca”nın ilk dozasını alıb, daha 100 min nəfər isə bu preparatla peyvəndlənmək üçün qeydiyyatdan keçib. İkinci dozanın vurulmasına mayın 10-dan başlanılacaq.
Bu ayın ortalarında əlavə 43 min dozanın əldə olunması nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstan “AstraZeneca”nın ilk partiyasını martın 13-də alıb. Qonşu ölkədə bu peyvənd ilə vaksinasiya martın 15-dən, “Pfizer” ilə martın 30-dan, “Sinopharm” ilə isə mayın 4-dən aparılır.
Son xəbərlər
12:42
Azərbaycanda dənizçilər üçün xüsusi hazırlıq proqramına yeni səriştə əlavə olunub
İnfrastruktur12:39
Foto
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illik yubileyi qeyd olunub
Mədəniyyət siyasəti12:36
Foto
FHN şimal zonasında mülki müdafiənin təşkili ilə bağlı müşavirələr keçirib
Hadisə12:33
İstanbul derbisində "Qalatasaray"ın futbolçusunun üzünə alışqan atan azarkeş saxlanılıb
Futbol12:26
Sabah yağış yağacaq - PROQNOZ
Ekologiya12:26
Azərbaycanda 5 müəssisənin səhmləri təkrar pul hərracına çıxarılacaq
Biznes12:25
"Samsung" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
İKT12:24
Gürcüstan DİN: Etirazlarda sağlamlığa zərərli maddələrdən istifadə olunmayıb
Region12:22