Ermənistanın Cenevrədəki səfirliyi Bernə köçürülür

Region
  • 12 fevral, 2026
  • 11:34
Ermənistanın Cenevrədəki səfirliyi Bernə köçürülür

Ermənistanın İsveçrədəki səfirliyi Cenevrədən Bernə köçürülür.

"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu qərar hökumət tərəfindən bu gün keçirilən iclasda qəbul edilib.

"Bern və Cenevrə arasındakı məsafəni nəzərə alaraq, səfirliyi paytaxta köçürmək zərurəti yaranıb ki, bu da diplomatik korpusun nümayəndələri ilə vaxtaşırı ünsiyyəti asanlaşdıracaq, ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə imkan verəcək", - məlumatda bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti