Ermənistanda şirkət 25 min dollar cərimələnib
- 08 oktyabr, 2025
- 17:07

"Telecom Armenia" şirkəti 10 milyon dram (təxminən 25 min dollar) məbləğində cərimələnib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiyanın (İXTK) mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, komissiyanın iclasında Elektrik enerjisinin topdansatış bazarının qaydalarına 9 aprel 2025-ci il tarixində edilən dəyişikliklər təsdiqlənib.
Yenidən baxış nəticəsində komissiya "Beynəlxalq Enerji Korporasiyası" şirkətinin 2025-ci ilin noyabr və dekabr ayları üçün tənzimlənən birbaşa müqavilələrinin həcmlərini sıfırlayıb. Qəbul edilmiş qərar şirkətə həmin aylarda tədarük edilən edilən bütün elektrik enerjisini növbəti gün bazarda satmağa imkan verəcək ki, bu da azad qiymətqoyma və enerji bazarında rəqabətin gücləndirilməsinə şərait yaradacaq.