Ermənistanda saxta araqdan zəhərlənərək ölənlərin sayı 14-ə çatıb
Region
- 02 sentyabr, 2020
- 09:40
Ermənistanda saxta spirtli içkidən zəhərlənənlərin sayı 27 nəfərə, ölənlərin sayı isə 14-ə çatıb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.
Onun sözlərinə görə, avqustun 31-dən sentyabrın 2-dək Armavir vilayətində 20 zəhərlənmə hadisəsi qeydə alınıb, onlardan 9-u ölümlə nəticələnib: “7 zəhərlənmə və 5 ölüm hadisəsi isə Yerevanda baş verib”.
Saxta spirtli içki satmaqda şübhəli bilinən Armavir şəhər sakini, 1970-ci il təvəllüdlü Aşot Ovsepyan saxlanılıb. Onun yaşadığı mənzildən ev şəraitində hazırlanan və mənşəyi məlum olmayan 200 litr spirtli içki aşkarlanıb.
Xatırladaq ki, ötən gün saxta spirtli içkidən ölənlərin sayı 11 nəfər idi.
Son xəbərlər
18:18
Tramp ölkəsini "faydasız" qurumlardan çıxarır - Bakının illərdir dediklərini Vaşinqton da təsdiqlədi - ŞƏRH
Analitika18:13
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Hadisə17:58
Almaniyada yaşayış evində partlayış olub, üç nəfər ölüb
Digər ölkələr17:52
AGF rəsmisi: "Azərbaycan çempionatının nüfuzunun yüksəldilməsi strateji istiqamətlərdən biridir"
Fərdi17:47
Azərbaycan Güləş Federasiyasının əsas hədəfi olimpiadaya lisenziyalar qazanmaqdır
Fərdi17:43
Foto
Azərbaycan İsraillə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
İKT17:40
Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya 75 milyon avro kredit ayırıb
Region17:39
Fərid Qayıbov: "Güləş Azərbaycan üçün vacib idman növüdür"
Fərdi17:36