Ermənistanda orduya çağırış və tərxislə bağlı layihə hazırlanıb
Region
- 06 oktyabr, 2025
- 16:13

Ermənistan Müdafiə Nazirliyi növbəti il üçün məcburi hərbi xidmətə qış çağırışının qaydalarını müəyyən edən layihəni ictimai müzakirəyə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Sənədə əsasən, Silahlı Qüvvələrin yeni çağırışçılarla komplektləşdirilməsi, həmçinin xidmət müddətini başa vuran hərbçilərin ehtiyata buraxılması 2026-cı ilin yanvar ayında həyata keçiriləcək. Sənəddə qeyd olunur ki, yeni əsgərlərin Silahlı Qüvvələrə qəbulu 2026-cı ilin yanvarın 7-dən 31-nə kimi keçiriləcək.
Eyni zamanda, müəyyən edilmiş məcburi xidmət müddətini başa vuran hərbçilər tərxis olunacaqlar. Onların ehtiyata buraxılması prosesi 2026-cı ilin yanvarın 8-dən 31-i daxil olmaqla həyata keçiriləcək.
Son xəbərlər
18:01
Rusiyada sinaqoqda terror aktı planlaşdıran şəxs həbs edilib
Region17:59
Türkiyə 7 ayda Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub
Energetika17:59
"Liverpul"un futbolçusu zədəli olduğu üçün milli komandanın matçlarını buraxacaq
Futbol17:52
Ukrayna Ordusunun Baş komandanı: Hərbi təlim mərkəzləri ölkənin dərinliklərinə köçürülür
Digər ölkələr17:45
"Azərmetalinvest"in səhmdarlarının yığıncağı yenidən keçiriləcək
Maliyyə17:39
III MDB Oyunları: Azərbaycanın oğlanlardan ibarət 3x3 basketbol milisi üçüncü yer uğrunda oyuna çıxacaq
Komanda17:38
Sabah Sədərək rayonunda işıq olmayacaq
Energetika17:38
Foto
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət17:33