Ermənistanda kilsəyə aid telekanal bağlana bilər
- 21 oktyabr, 2025
- 16:07

Ermənistanda kilsənin "Şoqakat" televiziya kanalı bağlana bilər, "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ictimai yayımçı statusuna malik olan televiziya kanallarının sayını üçdən ikiyə endirməyi təklif edirlər.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu həmkarı Sisak Qabrielyanla birlikdə "Audiovizual media haqqında" qanuna dəyişikliklər layihəsini hazırlayan deputat Taqui Kazaryan deyib.
"Bir neçə il ərzində dövlət bu televiziya kanalını heç bir müsabiqə aparmadan maliyyələşdirib. Düşünürəm ki, bu vəsaitlər daha səmərəli istifadə oluna, müsabiqələr yolu ilə müvafiq məzmunlu proqramların sifarişi üçün xərclənə bilər, bu müsabiqələrdə həmin telekanal da iştirak edə bilər", - o bildirib.
Deputat "Şoqakat"ı müxalifət yürüşlərini və mitinqlərini yayımlamaqda da ittiham edib.
O qeyd edib ki, son bir neçə il ərzində dövlət bu televiziya kanalına təxminən 3 milyard dram (təxminən 7,7 min dollar) ayırıb.