Ermənistan parlamentində deputatlar üçün 67 min dollarlıq lift quraşdırılacaq

Region
  • 23 oktyabr, 2025
  • 11:44
Ermənistan parlamentində deputatlar üçün 67 min dollarlıq lift quraşdırılacaq

Ermənistan parlamentində deputatlar və hökumət üzvləri üçün quraşdırılacaq yeni lift üçün hökumətin ehtiyat fondundan təxminən 26 milyon dram (67 min dollar) ayrılacaq.

"Report"un Ermənistan KİV-inə istinadən məlumatına görə, vəsaitin ayrılması ilə bağlı qərar oktyabrın 23-ü hökumətin iclasında qəbul edilib.

Hazırda parlament binasında bayırdan iclas zalına çatmaq üçün bir neçə pilləkən çıxmaq və dəhliz keçmək lazımdır. Bu isə çox vaxt insan sıxlığı yaradır və təhlükəsizliyin təmin olunmasına mane olur.

Bu dəhlizlərdən yan keçmək üçün lift quraşdırmaq barədə qərar qəbul edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti