Ermənistan İstintaq Komitəsi separatçıların İrəvan "nümayəndəliyində" axtarış aparır

Region
  • 11 dekabr, 2025
  • 14:58
Ermənistan İstintaq Komitəsi separatçıların İrəvan nümayəndəliyində axtarış aparır

Ermənistan İstintaq Komitəsi Qarabağdakı keçmiş separatçı rejimin İrəvan "nümayəndəliyində" axtarış aparır.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i yazır.

Məlumata görə, 10-dan çox müstəntiq "nümayəndəliyin fəaliyyət göstərdiyi" binaya gəlib. Güc strukturlarının əməkdaşları axtarışın aparılması və sənədlərin müsadirə edilməsi haqqında məhkəmə qərarını təqdim ediblər.

İstintaq Komitəsi bu məlumatı təsdiqləyib. Qeyd edilib ki, cinayət işi çərçivəsində zəruri istintaq tədbirləri həyata keçirilir. Söhbətin hansı cinayət işindən getdiyi dəqiqləşdirilməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti