Ərdoğan və Pezeşkian Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər - YENİLƏNİB

Region
  • 01 sentyabr, 2025
  • 17:08
Ərdoğan və Pezeşkian Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Görüş Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.

"Görüş zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian Suriyadakı cari vəziyyət, İsrailin Qəzza zolağına hücumları və Cənubi Qafqazda sülh prosesi barədə fikir mübadiləsi aparıblar", - bəyanatda bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurasının Zirvə Toplantısı çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə  "Haber Global" məlumat yayıb.