Ərdoğan: "Türkiyənin qışda enerji problemi olmayacaq"
Region
- 09 oktyabr, 2022
- 16:53
"Türkiyənin qışda enerji problemi olmayacaq".
"Report" TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda gənclərlə görüşündə deyib.
Türkiyə lideri qeyd edib ki, artıq ölkədə qış mövsümünə hazırlıq görülür.
"Avropada indi hamı çətin vəziyyətdədir. Biz qışa hazırlığı artıq başa vurmuşuq, ona tam hazırıq, enerji daşıyıcıları ilə bağlı problem yaşamayacağıq. Əhalini təbii qaz və kömürlə təmin etməyə hazırıq", - Ərdoğan qeyd edib.
Bundan əvvəl Türkiyənin energetika naziri Fatih Dönməz sentyabrın 30-da bildirib ki, ölkənin bütün qaz anbarları 100% doludur və yerli hakimiyyət orqanları vəziyyətin daha da pisləşəcəyini gözləmir, çünki Ankara əsas tədarükçüsü olan Rusiyadan təbii qaz təchizatında problem yaşamır.
Son xəbərlər
20:38
"Bloomberg": Fars körfəzindən Hörmüz vasitəsilə 14 milyon barrel İraq nefti çıxarılıb
Digər ölkələr20:34
Tokayev Gürcüstanın Baş nazirini I dərəcəli "Dostık" ordeni ilə təltif edib
Region20:27
Pavel Radomski Bakıda keçirilən Türkoloji Qurultayı yüksək qiymətləndirib
Xarici siyasət20:20
AAYDA: Toğanalı–Kəlbəcər–İstisu yolunda işlərin 89 %-i icra edilib
İnfrastruktur20:18
Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrinin fəaliyyətini sinxronlaşdırmaq istəyirlər
Biznes20:13
İraq iranyönümlü qruplaşmalardan tərk-silah olmağı tələb edib
Digər ölkələr20:11
Milli Məclis: Ümidvarıq ki, Fransa Senatı da Korsika xalqının iradəsinə hörmət ifadə edəcək
Xarici siyasət20:07
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
Maliyyə20:07