Ərdoğan təyyarə qəzasında həlak olan hərbçinin atasına başsağlığı verib

Region
  • 14 noyabr, 2025
  • 02:29
Ərdoğan təyyarə qəzasında həlak olan hərbçinin atasına başsağlığı verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hərbi Hava Qüvvələrinin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Əmrə Altıokun atası İsa Altıokla telefonla danışıb.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, dövlət başçısı şəhidin atasına başsağlığı verib.

Qeyd edilir ki, həmçinin AKP rəsmisi Tuğba İşık Ərcan Samsun və Merzifonda şəhid ailələrini ziyarət edib, onlara başsağlığı verib.


Cumhurbaşkanı Erdoğan, şehit Emre Altıok'un babası ile görüştü 

Son xəbərlər

Bütün Xəbər Lenti