Ərdoğan sentyabrda Balkan ölkələrinə səfər edəcək
Region
- 27 iyul, 2022
- 16:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayının əvvəllərində Balkan ölkələrinə səfər edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidentinin kabineti məlumat yayıb.
Məlumata görə, Ərdoğan Serbiya, Bosniya və Herseqovina, eləcə də regionun digər ölkələrinə səfər edəcək.
Xatırladaq ki, iyunun ortalarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belqradda səfərdə olub, səfər zamanı Serbiya Prezidenti Aleksandr Vuçiç, Baş nazir Ana Brnabiç və xarici işlər naziri Nikola Selakoviçlə danışıqlar aparıb.
Bundan əlavə, Türkiyə XİN başçısı Ərdoğanın Serbiyaya gözlənilən səfəri ilə bağlı razılığa gəlib və bu səfərin tarixi müzakirə olunub.
Son xəbərlər
08:11
Fransa Hörmüz boğazında hərbi mövcudluğunu saxlayıb
Digər ölkələr07:39
Kolumbiya - Qana matçının ən yaxşı futbolçusu Luis Dias olub
Futbol07:32
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
Futbol07:32
DÇ-2026: Qananı məğlub edən Kolumbiya 1/8 finala çıxan sonuncu komanda olub - YENİLƏNİB-4
Futbol07:32
İranda Əli Xamenei ilə vida mərasimi başlayıb
Region07:03
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Xarici siyasət06:33
Venesuelada "Sunami" ləqəbli axtarış iti zəlzələdən sonra 26 nəfəri xilas edib
Digər ölkələr06:01
ABŞ-də ticarət mərkəzində atışma olub, ölənlər var
Digər ölkələr05:58