Ərdoğan: "Zelenski və Putin arasında görüşün təşkilinə ümid edirəm"
Region
- 20 sentyabr, 2022
- 04:54
"Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkilinə ümid edirəm".
"Report" xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı ABŞ-ın PBS televiziyasına müsahibəsində bildirib.
Ərdoğan Rusiya və Ukrayna kontekstində balanslaşdırılmış siyasət apardığını və hər iki tərəfi dinlədiyini qeyd edib:
"Ona görə də bu liderləri bir araya gətirmək üçün güclü istəyimiz var. Gəlin onları bir araya gətirək. Mən hər şeyi onlardan eşitmək istəyirəm. İndiyədək uğur qazana bilməmişik, amma ümidsiz deyiləm", - Türkiyə lideri vurğulayıb.
Son xəbərlər
12:27
Bu il sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 min sürücü cərimələnib
Hadisə12:26
Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək
Komanda12:26
Kambocada qısa müddətdə "ASAN xidmət" təcrübəsi tətbiq olunacaq
Daxili siyasət12:19
Foto
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandalarının toplanışı başa çatıb
Hərbi12:18
ABA: Açıq bankçılıq xidmətlərinin lisenziyalaşdırılmasına baxılmalıdır
Maliyyə12:13
AMB rəsmisi: "Statik QR kodların tətbiqi növbəti mərhələdə gözlənilir"
Maliyyə12:11
BTQ Qərbi azərbaycanlıların qayıdış hüququnun təmini üçün beynəlxalq platformalarda fəaliyyətini genişləndirir
Xarici siyasət12:08
Abbas Abbasov: ABŞ-də etnik təmizləmə siyasətinə dair tədbir keçirmək ermənipərəstləri qıcıqlandırdı
Xarici siyasət12:07
Foto