Ərdoğan: Fransa terrora dəstək verən əsas ölkədir
Region
- 29 fevral, 2024
- 13:05
Fransa terrora dəstək verən əsas ölkədir.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirdiyi mitinqdə deyib.
O bildirib ki, Fransa şirkəti olan “La Farge” Suriyada terrorçular üçün mağaralar hazırlayır: “Amma bu, işə yaramadı. Biz Suriyanın şimalında “La Farge”nin bütün mağaralarını dağıtdıq”.
Dövlət başçısı söyləyib ki, Türkiyəni istədikləri kimi idarə etməyə çalışan imperialist güclər var: “Biz həm daxili, həm də xarici təhdidlərlə mübarizə aparırıq. Koronavirus pandemiyası və Rusiya ilə Ukrayna arasında müharibə olmasa idi, imperialist güclər daha nələr edərdilər, Allah bilir. Bizim ən böyük uğurumuz bütün çətinliklərə rəğmən, ölkəmizdəki demokratiyanı qorumaqdır”.
Son xəbərlər
00:33
Şimali Makedoniya Şaquli Qaz Dəhlizinə qoşulur
Energetika00:19
Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifəsini tərk edir
Digər ölkələr00:18
Foto
DÇ-2026: İngiltərə Argentina ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Futbol00:15
Messi dünya çempionatlarının yarımfinalında iştirak edən ən yaşlı meydan oyunçusu olub
Futbol23:50
Serbiyanın Aİ-yə üzvlüyü: III klasterin açılması üçün bütün meyarları yerinə yetirib
Digər ölkələr23:31
ABŞ ordusu İrana qarşı ikinci zərbə dalğasına başlayıb
Region23:30
Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
Futbol23:24
İranda Əhvaz və Çabahar şəhərlərində partlayış səsləri eşidilib
Region23:13
Foto