Ərdoğan ABŞ-da səfərdədir

Region
  • 17 sentyabr, 2022
  • 08:24
Ərdoğan ABŞ-da səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğanı hava limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Siniroğlu, Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan qarşılayıblar.

Türkiyənin dövlət başçısı BMT Baş Assambleyasının sessiyasında iştirak etməklə yanaşı, bir sıra görüşlər də keçirəcək.