Əbu-Dabidə ABŞ-nin sülh planı müzakirə olunmayıb
- 26 noyabr, 2025
- 13:13
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən danışıqlarda sülh planı müzakirə olunmayıb.
"Report"un yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Əbu-Dabidə sülh planı müzakirə olunmayıb. Sülh planı hələ detallı olaraq heç kimlə müzakirə edilməyib", - o qeyd edib.
Y.Uşakov vurğulayıb ki, Rusiya sülh nizamlanması ilə bağlı rəsmi sənəd almayıb, lakin Rusiya tərəfinin sərəncamında ABŞ lideri Donald Trampın planının bir neçə son versiyası var.
Onun sözlərinə görə, bu sənədlər ciddi təhlil tələb edir, lakin ABŞ tərəfi ilə hələ müzakirələr baş tutmayıb.
Qeyd edək ki, ötən gün ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə qapalı danışıqlar keçirdiyi barədə məlumat verilib.