Dağıstanda 4 nəfərin öldüyü helikopter qəzası faciə kimi qiymətləndirilib - YENİLƏNİB-2

Region
  • 07 noyabr, 2025
  • 18:12
Dağıstanda 4 nəfərin öldüyü helikopter qəzası faciə kimi qiymətləndirilib - YENİLƏNİB-2

Dağıstanın Qarabudaqkənd rayonunda baş vermiş helikopter qəzası faciə kimi qiymətləndirilir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya" mətbuat xidməti məlumat yayıb.

"Rosaviasiya" baş vermiş hadisəni faciə kimi təsnif edib. Onun səbəblərinin araşdırılması ilə Dövlətlərarası Aviasiya Komitəsi (MAK) "Rosaviasiya"nın Cənub Regionlararası Ərazi İdarəsinin iştirakı ilə məşğul olacaq", - məlumatda bildirilib.

Dağıstanda helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Dağıstanın səhiyyə naziri Yaroslav Qlazov bildirib.

Məlumata görə, hava gəmisinin göyərtəsində yeddi nəfər olub.

"Helikopter yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb. Nəticədə 4 nəfər ölüb. Bir nəfərin vəziyyəti son dərəcə ağır, iki nəfər isə ağır vəziyyətdədir", - o bildirib.

Agentlik qeyd edib ki, turistləri daşıyan helikopter İzberbaş şəhərinə istiqamətlənmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti