Çeboksarıya PUA hücumu nəticəsində xəsarət alanların sayı 14-ə çatıb – YENİLƏNİB

Region
  • 09 dekabr, 2025
  • 12:27
Çeboksarıya PUA hücumu nəticəsində xəsarət alanların sayı 14-ə çatıb – YENİLƏNİB

Çeboksarıya (Rusiya) Pilotsuz Uçan Aparatları ilə (PUA) hücum nəticəsində xəsarət alanların sayı 14-ə çatıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verib ki, bu barədə Çuvaşiya baş nazirinin müavini Vladimir Stepanov bildirib.

Onun sözlərinə görə, zərərçəkənlər arasında bir uşaq da var.

Rusiyanın Çuvaş Respublikasının paytaxtı Çeboksarıya Pilotsuz Uçuş Aparatı (PUA) hücumu nəticəsində doqquz nəfər zərər çəkib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verib ki, bu barədə Çuvaşiya baş nazirinin müavini Vladimir Stepanov bildirib.

"Zərərçəkənlərin hamısı həkim nəzarəti altındadır, onlara zəruri tibbi yardımlar göstərilir. Həkim və psixoloqların da cəlb olunduğu müvəqqəti yerləşmə məntəqəsi fəaliyyətini məktəbdə davam etdirir", - V.Stepanov deyib.

Çeboksariyanın bəzi küçələrində hərəkət məhdudiyyəti tətbiq olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti