"Cənubi Koreya-Mərkəzi Asiya" sammiti keçiriləcək
- 12 fevral, 2026
- 15:26
Cənubi Koreya sentyabrda Mərkəzi Asiyanın beş ölkəsi - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanla ilk sammitini keçirəcək.
"Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Sammit sentyabrın 16-17-si baş tutacaq.
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon hazırlıq görüşündə vurğulayıb ki, sammit ölkənin regionda diplomatik mövcudluğunun genişləndirilməsi və əvvəlki Mun Çje İn hökuməti tərəfindən başladılan "Yeni şimal siyasəti" təşəbbüsünün gücləndirilməsi üçün mühüm imkan olacaq.
"Bu strategiya Avrasiyada sülh və birgə rifah konsepsiyası çərçivəsində Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın inkişafına yönəlib", - o qeyd edib.
Nazirin sözlərinə görə, sammit təkcə qarşılıqlı əməkdaşlığı gücləndirməyəcək, həm də təchizat zəncirlərinin şaxələndirilməsi və regiondakı etnik Koreya icmaları ilə qarşılıqlı əlaqə kimi sahələrdə birgə fəaliyyət üçün təməl yaradacaq.