Burhanəddin Duran: Dövlətlər özünəməxsus strateji kommunikasiya siyasətlərini yaratmalıdır

Region
  • 02 dekabr, 2025
  • 12:21
Burhanəddin Duran: Dövlətlər özünəməxsus strateji kommunikasiya siyasətlərini yaratmalıdır

Dövlətlər milli maraqlarını və təhlükəsizliyini qoruya bilməsi üçün özünəməxsus strateji kommunikasiya siyasətlərini yaratmalıdır.

"Report"un Türkiyə bürosu məlumat verir ki, bunu ölkənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri professor Burhanəddin Duran Avropa İttifaqının "Erasmus+" Proqramı çərçivəsində dəstək alan "Fövqəladə vəziyyət Jurnalistikası: Xəbərlərin fəlakətə çevrilməsinin qarşısının alınması" layihəsi ilə ilə bağlı keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda informasiyaya çıxışın asan olduğu, lakin həqiqi məlumatla saxta informasiyanı ayırmağın getdikcə çətinləşdiyi bir dövrdür. Xüsusilə, süni intellektin təsiri ilə bu, daha ciddi bir məsələyə çevrilib:

"Dezinformasiya, yalan və manipulyativ xəbərlər o qədər sürətlə yayılır ki, bəzən başqa bir ölkədə baş verən fəlakət yerli hadisə kimi göstərilir və bu, ciddi ictimai təsir yaradır. Belə bir vəziyyətdə böhran kommunikasiyasına dair strateji modelə sahib olmaq zəruridir. Bu prosesdə ən böyük məsuliyyət professional media qurumlarının və peşəkar jurnalistlərin üzərinə düşür".

Son xəbərlər

Bütün Xəbər Lenti