Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb
Region
- 09 iyul, 2026
- 11:55
İranın Xarici İşlər Nazirliyi (XİN) Britaniya rəsmiləri tərəfindən İslam Respublikasının ünvanına səsləndirilən ittihamlarla əlaqədar Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorteri çağırıb.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Britaniya diplomatına Londonun yanaşması və İranın Britaniyanın təhlükəsizliyinə təhdid yaradan fəaliyyət həyata keçirməyə çalışdığına dair ittihamlarla bağlı Tehranın mövqeyinin əks olunduğu yazılı etiraz notası təqdim edilib.
İran XİN-in bəyanatında iddia edilib ki, bu ittihamlar məsuliyyəti başqasının üzərinə atmaq cəhdindən başqa bir şey deyil. Xüsusilə, İran tərəfi Böyük Britaniyanı ABŞ və İsraillə əlbir olmaqda ittiham edib.
Son xəbərlər
22:31
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
Xarici siyasət22:18
Hörmüz boğazındakı son proseslər müzakirə olunub - YENİLƏNİB
Region22:14
"Vestri"nin baş məşqçisi Daniel Osafo-Badu: "Qarabağ" möhtəşəm oyun sərgilədi"
Futbol22:01
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
Digər ölkələr21:53
Foto
Video
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
Futbol21:51
ADA Universitetinin tələbələri Azərbaycanın Gürcüstandakı səfirliyində təcrübə keçiblər
Daxili siyasət21:41
Azərbaycan süni intellektin idarə olunması üzrə ilk Qlobal Dialoqa qoşulub
Xarici siyasət21:26
Məşhəddəki dəmir yolu xətlərindən birində qatarların hərəkəti bərpa edilib
Region21:10