Britaniya və Ermənistan hərbi sahədə əməkdaşlığı müzakirə edib
- 05 dekabr, 2025
- 14:42
Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Vernon Koaker və Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda hərbi sahədə əməkdaşlığı, həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
"5 dekabrda Ermənistanın müdafiə naziri Suren Papikyan nazirliyin inzibati kompleksində Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri lord Vernon Rodni Koakeri, eləcə də Böyük Britaniyanın Ermənistandakı ilk rezident-attaşesi mayor Tomas Şorland Bolları qəbul edib. Görüş zamanı Ermənistan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub", – məlumatda qeyd olunur.
Tərəflər əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirib və onun inkişafına hazır olduqlarını bildiriblər.