Bosfor boğazında 70-ə yaxın gəmi gözləyir - YENİLƏNİB

Region
  • 30 sentyabr, 2025
  • 12:49
Bosfor boğazında 70-ə yaxın gəmi gözləyir - YENİLƏNİB

Bosfor boğazında quru yük gəmisinin mühərrikinin sönməsi səbəbindən əsasən sərnişin və istirahət gəmiləri olmaqla yetmiş gəmi gözləyir.

"Report" xəbər verir ki, bu barədə "Marine Traffic" portalının məlumatında deyilir.

Səhər saatlarında Umuryeri rayonu sahillərində 98 metrlik "Arda" quru yük gəmisinin mühərriki sıradan çıxdığı üçün Bosfor boğazı bağlanıb. Gəmi Büyükdere limanına yedəklənib.

Panama bayrağı altında üzən "Arda" gəmisi Bandırmadan Rusiyanın Tuapse limanına gedirdi və oktyabrın 4-də oraya çatmalı idi.

Rusiyaya gedən gəmidə yaranmış nasazlıq səbəbindən Bosfor boğazı hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bandırma limanından Rusiyaya gedən 98 metrlik yük gəmisinin mühərriki sıradan çıxıb.

Hadisə Umuryeri bölgəsində, Qara dənizə çıxış zonasından 8 km məsafədə baş verib. Sahil mühafizəsi gəminin çıxarılması üçün kater və yedək gəmiləri göndərib. Gəmi tranzit marşrutundan çıxarıldıqdan sonra boğazda hərəkət bərpa olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti