KTMT-yə üzv ölkələrin liderləri Bişkekdə bir sıra sənədlər imzalayıblar - YENİLƏNİB
- 27 noyabr, 2025
- 12:40
Kollektiv Təhlükəsizlik Şurasının iclasının yekunlarına əsasən, dövlət başçıları KTMT-nin ali orqanının bəyannaməsini imzaladılar.
"Report"un məlumatına görə, bu barədə təşkilatın məlumatında deyilir.
Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan liderləri iştirakçı ölkələrin kollektiv təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aktual məsələləri müzakirə edib, 2025-ci ildə KTMT-nin əsas fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin yekunlarını nəzərdən keçiriblər. Qarşıdakı dövr üçün fəaliyyət prioritetləri müəyyən edilib. İclas zamanı Qırğızıstan nümayəndəsi Taalatbek Masadıkovun 1 yanvar 2026-cı il tarixindən etibarən üç il müddətinə KTMT-nin baş katibi təyin edilməsi ilə bağlı qərar təsdiqlənib. Bundan əlavə, dövlət başçıları kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsinə yönəlmiş digər sənədləri də imzalayıblar.
Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTMT KTŞ) iclası başlayıb.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.
Belarus, Qazaxıstan, Rusiya və Tacikistan prezidentləri Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Vladimir Putin və Emoməli Rahmon "Intımak Ordo"ya gəliblər. Onları Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.
Fotoçəkiliş mərasimindən sonra KTMT KTŞ-nin məhdud formatda iclası başlayıb.