Belarus prezidenti Gürcüstana səfər edəcək
Region
- 17 aprel, 2015
- 09:29
Bakı. 17 aprel. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 23-24-də Gürcüstana səfərə gedəcək.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsü David Kereselidze bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Aleksandr Lukaşenko Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və parlamentin sədri David Usupaşvili ilə görüşəcək.
Nazirlik təmsilçisi deyib ki, A.Lukaşenko ilə birlikdə Gürcüstana Belarus iş adamları da səfər edəcək. Belarus prezidentinin Batumiyə getməsi də nəzərdə tutulub.
Səfər Belarus tərəfinin təşəbbüsü ilə gerçəkləşdirilir.
Son xəbərlər
06:39
İsrail və Livan arasında danışıqların növbəti mərhələsi Romada baş tutacaq
Digər ölkələr06:14
Barselona metrosundakı yağın kütləvi zəhərlənməyə səbəb olub
Digər ölkələr05:43
Trampın irəli sürdüyü Kleyton ABŞ Senatından dəstək alıb
Digər ölkələr05:16
Nikaraquada Konstitusiyaya qismən dəyişikliklər ediləcək
Digər ölkələr04:33
ABŞ-də FIFA prezidenti ilə Ağ Ev arasında mümkün əlaqələr araşdırlır
Digər ölkələr04:05
Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin azalıb
Digər ölkələr03:41
Netanyahu Tehranın nüvə proqramı ilə bağlı məlumatları Trampa təqdim edəcək
Digər ölkələr03:17
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İKT02:50