Avropa Parlamentinin Kiyevdə nümayəndəliyi açılıb - YENİLƏNİB
- 17 sentyabr, 2025
- 15:37

Avropa Parlamentinin sədri Roberta Metsola Kiyevdə qurumun daimi nümayəndəliyini açıb.
"Report"un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, o, bu barədə Ukrayna Ali Radasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu addım Ukrayna ilə Aİ arasında əməkdaşlığı daha da gücləndirməyə imkan verəcək, çünki Avropa Parlamentinin ofisi paytaxtda gündəlik əsasda fəaliyyət göstərəcək.
"Mən əməkdaşlığımızı daha da gücləndirmək üçün bu həftə burdayam. Biz Avropa Parlamentinin daimi nümayəndəliyini Kiyevdə açırıq ki, Ukraynada olaq və hər gün sizinlə işləyək. Bu, sizə verdiyimiz öhdəlik idi və biz onu yerinə yetiririk", - o bildirib.
Avropa Parlamentinin sədri Roberta Metsola Ukraynanın paytaxtı Kiyevə səfər edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna "İctimai" televiziya kanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
"Avropa Parlamentinin sədri Roberta Metsola Kiyevə gəlib", - mənbə bildirib.
R.Metsolanın səfəri çərçivəsində Ali Radada çıxış edəcəyi gözlənilir.