Avropa Komissiyası Qara dəniz sualtı kabel layihəsinə "qarşılıqlı maraq doğuran layihə" statusu verib

Region
  • 02 dekabr, 2025
  • 09:53
Avropa Komissiyası Qara dəniz sualtı kabel layihəsinə qarşılıqlı maraq doğuran layihə statusu verib

Avropa Komissiyası Gürcüstan və Avropanın enerji sistemlərini birləşdirəcək Qara dəniz sualtı kabel layihəsinə "qarşılıqlı maraq doğuran layihə" statusu verib.

"Report"un Gürcüstan bürosu Avropa Komissiyasının açıqlamasına istinadən xəbər verir ki, bu status layihənin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsi imkanlarını genişləndirir və onun həyata keçirilməsini sürətləndirmək üçün xüsusi icazə və tənzimləmə prosedurlarından istifadə hüququ verir.

Layihəyə əsasən, uzunluğu 1 155 kilometr olacaq kabel Gürcüstanı Rumıniya ilə birləşdirəcək. Bu xətt vasitəsilə Cənub-Şərqi Avropa ölkələri və Rumıniya genişlənmiş elektrik ixrac imkanlarından yararlana biləcək, həmçinin saatlıq elektrik enerjisi bazarı qiymətləri əsasında ticarət aparılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti