ATƏT-in Gürcüstanın Dostları Qrupu ölkənin ərazi bütövlüyünü dəstəkləyən bəyanat yayıb

Region
  • 19 sentyabr, 2025
  • 15:42
ATƏT-in Gürcüstanın Dostları Qrupu ölkənin ərazi bütövlüyünü dəstəkləyən bəyanat yayıb

ATƏT-in Daimi Şurasının iclası çərçivəsində 2008-ci il Rusiya–Gürcüstan müharibəsinin 17-ci ildönümü müzakirə olunub.

"Report"un Gürcüstan bürosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iclasda iştirak edən ATƏT-in Gürcüstanın Dostları Qrupu ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən bəyanat yayıb.

Bəyanatda Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstək bir daha təsdiqlənib. Qrup Rusiya Federasiyasını 2008-ci il atəşkəs sazişindən irəli gələn öhdəliklərini tam yerinə yetirməyə, qoşunlarını münaqişədən əvvəlki mövqelərə geri çəkməyə və separatçı bölgələrin qondarma "müstəqilliyini" tanımaq qərarını ləğv etməyə çağırıb.

Qrup, Cenevrə beynəlxalq danışıqlarını münaqişənin sülh yolu ilə həllinin yeganə formatı kimi dəstəkləyib və Aİ-nin Monitorinq Missiyasının sabitliyə töhfəsini vurğulayıb.

ATƏT-in Dostları Qrupunun bəyanatını ABŞ, Böyük Britaniya, Kanada, Polşa, Baltikyanı ölkələr, Skandinaviya ölkələri, Ukrayna və digər tərəfdaşlar dəstəkləyiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti