Tbilisi meri: ATƏT/DTİHB missiyası Gürcüstanda növbəti seçkiləri müşahidə etməyəcək

Region
  • 15 sentyabr, 2025
  • 15:09
Tbilisi meri: ATƏT/DTİHB missiyası Gürcüstanda növbəti seçkiləri müşahidə etməyəcək
Kaxa Kaladze

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyası Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərində iştirak etməyəcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, qurumun nümayəndələri əvvəlki seçkilər zamanı "bullinqin, təhqirlərin və təzyiqlərin qurbanı olublar" və buna görə də yenidən Gürcüstana gəlmək istəmirlər.

"ATƏT/DTİHB-nin müşahidə missiyası parlament seçkilərində elə böyük bullinq və təzyiq altında qaldı ki, onların daha gəlmək həvəsi yoxdur. Mən düşünürəm ki, növbəti parlament seçkilərinə də qatılmayacaqlar", - deyə Kaladze jurnalistlərə açıqlamasında bildirib.

Mer əlavə edib ki, müşahidəçilərə qarşı təkcə yerli müxalifət tərəfindən deyil, həm də xarici siyasi dairələrdən, o cümlədən bəzi Avropa parlamentarilərindən və yüksək vəzifəli şəxslərdən kəskin və ədalətsiz açıqlamalar səsləndirilib.

Kaladzenin sözlərinə görə, Gürcüstan hökuməti müşahidəçilərə rəsmi dəvət məktubu göndərsə də, onların gəlməyəcəyinə əvvəlcədən əmin idilər.

Son xəbərlər

Bütün Xəbər Lenti