Blinken Səudiyyə Ərəbistanında səfərdədir
Region
- 29 aprel, 2024
- 08:00
ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanında səfərdədir.
“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Onun Ər-Riyadda Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Bundan başqa, A.Blinken bu ölkəyə səfərdən sonra Misir, İordaniya, Qətər və BƏƏ-dən olan tərəfdaşlarla məsləhətləşmələr aparacaq.
Belə ki, Dövlət katibi bu həftənin sonunda İordaniya və İsrailə səfər edəcək.
O, İsraildə Baş nazir Benyamin Netanyahu ilə görüşəcək və onunla Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün növbəti addımları müzakirə edəcək.
Son xəbərlər
00:39
Cesse Marş: "Uzun müddətdir məğlub olmayan güclü Mərakeşə qarşı sonadək müqavimət göstərdik"
Futbol00:37
Balakişi Qasımov: Ənənəvi televiziya özünün son 10 ilini yaşayır
Media00:23
Məhəmməd Vəhbi: "Etiraf etməliyəm ki, Kanada çox yüksək oyun nümayiş etdirdi"
Futbol00:16
Video
Yevlaxda qəza baş verib, FHN-in əməkdaşları əraziyə cəlb edilib
Hadisə23:55
"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub
Komanda23:34
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Digər ölkələr23:25
Azzedin Unahi Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu seçilib
Futbol23:20
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb
Hadisə23:05