Angela Merkel Aleksey Navalnı ilə görüşüb
Region
- 28 sentyabr, 2020
- 06:09
Almaniya kansleri Angela Merkel Rusiya müxalifətinin lideri Aleksey Navalnıya baş çəkib.
“Report” xəbər verir ki, məlumatı “Spiegel” qəzeti yazıb.
A.Navalnı paytaxt Berlinin “Şarite” klinikasında müalicə olunan zaman A.Merkel əvvəlcədən elan olunmadan siyasətçini ziyarət edib.
Nəşr məlumatı A.Navalnı xəsətəxanadan buraxıldıqdan sonra yayıb.
Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb. O, sentyabrın 23-də isə Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.
Son xəbərlər
03:47
Beynəlxalq Valyuta Fondu İranla müharibə risklərini hesablayır
Digər ölkələr03:13
Vuçiç Azərbaycanla qazla bağlı əldə edilən razılığın Serbiya üçün vacib olduğunu bildirib
Digər ölkələr02:31
İran Livansız atəşkəsə razı olmayacaq
Region02:00
İsrail Livanın cənubunda bufer zonası yaradır
Digər ölkələr01:22
ABŞ Donbas müqabilində Kiyevə təhlükəsizlik zəmanəti təklif edib
Digər ölkələr01:10
"CNN": İran Xarq adasında müdafiəsini gücləndirir
Digər ölkələr00:44
Foto
Lüksemburqda Novruz bayramı qeyd olunub
Diaspor00:12
Video
İsmayıllıda 6 otaqlı ev yanıb
Hadisə23:51